Şrift:
Əhvaz Əhalisi Demokratik Cəbhəsi Azərbaycan türk millətinin qiyamını dəstəkləyir
13.11.2015 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əhvaz Əhalisi Demokratik Cəbhəsi Bəyanat yayaraq Azərbaycan türk millətinin fars irqçiliyinə qarşı qiyamını dəstəklədiyini elan edib.
Azərbaycan türklərinin son günlərdə keçirdiyi etiraz aksiyalarının xəbərləri ərəb dünyasında geniş şəkildə əks olunub və Əhvaz Əhalisi Demokratik Cəbhəsi də keçirilən aksiyalara dəstək verdiyini elan edib.

Əhvaz Əhalisi Demokratik Cəbhəsinin yaydığı bəyanatın bir hissəsində bildirilir ki, “biz böyük Azərbaycan türk millətinin irqçiliyə qarşı qiyamını dəstəkləyir və bildiririk ki, Azərbaycan türk milləti tarix boyu bəşəriyyətə hansı mirası təqdim etdiyi hərkəsə aydındır. Bu millət Moləvi, Şəhriyar, Sattarxan, Baqirxan, Səməd Behrəngi, Xiyabani və s. kimi yüzlərlə şair, azadlıq qəhrəmanları və yazıçılar yetirib və bəşər tarixinə təqdim edib. Azərbaycan Çindən Avropaya qədər uzanan böyük türk yurdunun bir hissəsidir. Bu yurd minlərlə yazıçı, şair, sultan və mütəfəkkirləri ilə bəşər tarixində parlayır... .”

Əhvaz Əhalisi Demokratik Cəbhəsi fars irqçiliyini və türklərə qarşı edilən sistemli təhqirləri kəskin məhkum edərək Azərbaycan türklərinin etirazlarını bir daha dəsdəklədiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed