Şrift:
Eskişehərdə İranın irqçi siyasətinə qarşı etiraz aksiyası keçirilib
14.11.2015 [11:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 6-da (abanın 8-də) İran televiziyasının yaydığı verilişdə türklərin iyrənc şəkildə təhqir edilməsi bir çox etiraz yığıncaqlarına səbəb odu.
Güney Azərbaycandakı etiraz aksiyaları artıq ölkə xaricində də davam etdirilir. Məlumata görə, Türkiyənin Eskişihir şəhərində Güney Azərbaycan, Quzey Azərbaycan və Anadolu türklərindən olan bir qrup şəxs bir araya gələrək İranın irqçi siyasətini məhkum edib və Güney Azərbaycana öz dəstəklərini nümayiş etdiriblər.

Həmçinin İranın Ankara və İstanbuldakı səfirlik və konsulluğunun qarşısında etiraz aksiyası keçirmək üçün kampaniya başladılıb.

Bir qrup mədəni fəal Facebook sosial şəbəkədə “Güney Azerbaycan uyanışına ses ver” adlı səhifə açaraq İranın Ankara və İstanbuldakı səfirlik və konsulluğu qarşısında etiraz aksiyası keçirməyə çağırış ediblər.

Yığıncaq noyabrın 14-ü (abanın 23-ü) saat 14:00-da İranın Ankaradakı səfirliyi və noyabrın 15-i saat 15:00-da İstanbuldakı konsulluq binasının qarşısında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed