Şrift:
Sepah-ın daha 4 üzvü Suriyada həlak olub
16.11.2015 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 4 üzvü, Məsud Əsgəri, Məhəmmədrza Dehqan, Seyid Mustafa Musəvi və Əhməd Etayi Suriyada gedən döyüşlərdə həlak olub.
Suriya prezidenti Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”çılar, noyabrın 12-si axşam saatlarında Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. Noyabrın 13-də meyitləri ölkəyə gətirilən “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi bilinmir.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü, Əsəd hökumətinə müxalif qruplarla qarşıdurmada həlak olub.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed