Şrift:
“Traktorsazi”nin Bakıda fan-klubu yaradıldı
03.02.2012 [14:15] - İdman
Güney Azərbaycanın Təbriz şəhərini İran Pro Liqasında təmsil edən "Traktorsazi”nin Bakıda fan-klubu yaradılıb. Bu barədə fan-klubun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fan-klubun əsas məqsədi "Traktorsazi”nin oyunlarının Bakıda yayımını təşkil etmək, kluba azərkeş dəstəyi göstərmək və onu Azərbaycanda tanıtmaqdı.

Fan-klub ilk iş olaraq klubun şərflərini hazırlayıb. Üzərində Təbriz, Azərbaycan "Traxtor” yazılan şərflər həm fan-klubunun üzvləri üçün, həm də satış məqsədi ilə çap edilib.

Yaxında fan-klubun təqdimatı üçün Bakıda party-nin təşkil edilməsi planlaşdırılıb. Fan-klubun rəhbəri Rasim Əfəndiyevdi.

"Traktosazi” şərflərini əldə etmək istəyənlər fan-klub rəhbərliyinə və klubun facebook səhifəsinə (www.facebook.com/Traktorsazi.Azerbaycan) mürcaiət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed