Şrift:
Suriyada Sepahın daha 5 üzvü İŞİD-çilər tərəfindən öldürülüb
19.11.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 5 üzvü, Məhəmmədrza İbrahimi, Behzad Seyfi, Səttar Abbasi, Məhəmmədcavad Qurbani və İman Xəzai Nejad Suriyada gedən döyüşlərdə həyatını itirib.
Yayılan məlumatlara görə, Bəşər Əsəd rejimini qorumaq üçün Suriyaya göndərilmiş “Sepah”çılar, bir neçə gün əvvəl bu ölkənin Hələb şəhərində və şəhərdən kənar rayonlarda İŞİD qüvvələri tərəfindən öldürülüb. Öldürülənlər arasında Məhəmmədrza İbrahimi, “Sepah”ın İranın Felavercan şəhərindəki komandirlərindən biri olub. “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi haqda hər hansı bir məlumat yoxdur.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd hökumətini dəstəkləmək üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və əsgəri İŞİD-çilərlə qarşıdurmalarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed