Şrift:
Azərbaycanlı milli-mədəni fəal son etirazlarla bağlı Deutsche Welle-yə müsahibə verib
20.11.2015 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Höccətul-İslam Əzimi Qədim “Deutsche Welle”-nin fars dili bölümünə fars irqçiliyinə qarşı keçirilən son etirazlar aksiyaları ilə bağlı müsahibə verib.
Azərbaycanlı milli-mədəni fəal müsahibəsinin bir hissəsində azərbaycanlı millət vəkillərinin İran televiziyasının türkləri təhqir etməsinə qarşı reaksiyalarına işarə edərək bildirib ki, “Əgər millət vəkiilləri seçkilərdən sonra ana dillə bağlı olan anayasanın 15 və 19-cu əsllərinin icrasını tələb etsələr və bu istiqamətdə addımlar atsalar, onda məlum olacaq ki, onların etiraz bəyanatları seçkilərə görə deyildi. Lakin əgər seçkilərdən sonra ildə bir dəfə Azərbaycanı yada salsalar, onda aydın olacaq ki, onlar yenidən millət vəkili seçilmək üçün bu məsələni bir fürsət kimi qiymətləndirib və öz etirazlarını bildiriblər. İndiyə qədər belə işlər çox az olub. Biz inanmırıq ki, Azərbaycanın mənafeyi bu cənablar üçün əhəmiyyət daşısın! Düşünürəm ki, seçkilərdə sonra onlar yenə də öz yollarını davam etdirib və islahatçılarla mühafizəkarlar arasında həll olacaqlar.”

Azərbaycanlı milli-mədəni fəal sözlərinin sonunda Teleradio Şirkəti (səda və sima) idarəçilərinin demokratik bir şəkildə seçilmədiyini, onların yalnız rəhbərin əmri ilə təyin olunduğunu bildirərək, ölkə mediasında etniklərə qarşı təhqirlərin dayandırılacağına ümid etdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed