Şrift:
Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
20.11.2015 [15:41] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki
ibtidai məktəbinin tarixi görüntülərinin iki yarpağı

və yaxud
Əhmədli kənd məktəbi,110 yaşın mübarək!



Bu şəkillər Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının redaktorluğu, "BP Azərbaycan şitrkəti"nin sponsorluğu ilə İstanbulda çap olunan "Hacı Zeynalabdin Tağıyev"
foto-albomundan ( səh.56-57) seçilmişdir.
H.Z.Tağıyevin Bakıda Qız məktəbindən başqa, Əhmədli kəndində də ibtidai məktəbi var idi. Bu məktəb toxuculuq fabrikində işləyən fəhlələrin uşaqları üçün nəzərdə tutulsa da, məktəbin qonşuluğunda yaşayanlar da bu məktəbdə oxuya bilərdilər. Dərsləri 1904-cü il oktyabrın 1-də keçirmək qərara alınsa da, məktəbdə dərslər dekabrın 1-də başlanmışdır. Amma məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində təçkil olunmuşdır.
Məktəbin ilk direktoru Zaqafqaziya Müəllimlər Seminariyasının 1896-cı il məzunu,
Qarabağın Gülablı kənd məktəbinin direktoru Əvdülkərim bəy Vəlibəyov olmuşdur.

Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı

Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı


Arxiv sənədlərindən məlum olur ki,H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbi 1917-cı ildə hələ fəaliyyətdə imiş.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Bu xəbər oxucular tərəfindən 1172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed