Şrift:
Ərdəbil zindanında fəalların saxlanılması davam edir
25.11.2015 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fars irqçiliyinə qarşı etirazların son dalğasında yaxalanan fəalların bir neçəsi hələ də azadlığa buraxılmayıb.
Tutulduqları gündən 2 həftə keçsə də, tanınmış milli-mədəni fəallar qeyri-müəyyən vəziyyətdə təcridxanada saxlanılır.

Rəhum Qulami, Əli Xeyrcu, Murtaza Pərvin, Əli Vasiqi, Meysəm Colani, Tohid Əmir Əmini, Möhsün (Babək) Möhsünzadə və Səid Sadiqifər bu günə qədər Ərdəbil zindanında saxlanılır.

Rərşid Piçqanlu isə 80 milyon tümənlik mülki vəsiqə qarşılığında yenicə azadlığa buraxılıb.

Bildirək ki, adını çəkdiyimiz fəalların əksəriyyəti tanınmış milli-mədəni fəallardır. Onlar bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən tutulub və müxtəlif təzyiqlərə məruz qalıblar.

Xatırladaq ki, noyabrın 6-da (abanın 15-də) İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin iyrənc şəkildə təhqir edilməsi azərbaycanlıların silsilə etiraz aksiyasına səbəb oldu. Bu aksiyalarda çoxsaylı soydaşımız İran təhlükəsizlik qüvvələri tərəfindən yaxalandı. Tutulanların əksəriyyəti mülki vəsiqə qarşılığında sərbəst buraxılsa da, bir sıra tanınmış fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed