Şrift:
“Elçibəy məktəbində” mövsümün açılışı oldu
04.10.2011 [18:55] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
2005-ci ildə Milli Dirçəliş Hərəkatı tərəfindən təsis olunmuş “Elçibəy məktəbi” yeni mövsümə açılış verib. “Elçibəy və türkçülük” mövzusu üzrə ilk qonaq Azərbaycan Milli Elmlər Akademiyasının alimi Dilavər Əzimli idi.
Elçibəyin türk dünyası üçün xidmətlərinə toxunan qonaq daha çox onun elmi fəaliyyətləri üzərində dayandı. “Elçibəy zamanında dərk olunası bir şəxsiyyət deyildi. Çünki Elçibəyin fikirləri gələcəyə hesablanmışdı. Mən onun fikirlərinin on beş il sonra əksini tapdığını görəndə Elçibəyi yenidən kəşf etdim. Elçibəy türkçülüyü, türk millətinin etnogenezisini əksər alimlərdən çox bilirdi. Onun məqalələrini oxuyanda nə qədər böyük alim olduğunu görmüş olarıq. Elçibəyin elmi fikirləri məntiqə, mənbəyə əsaslanırdı. Mən belə deyərdim ki, Elçibəyin siyasi fəaliyyəti onun elmi fəaliyyətinə mane oldu. Buna baxmayaraq Elçibəy bizim üçün, Azərbaycaanın gələcəyi üçün çox önəmli faktlar qoyub getdi. Mən bu yaxınlarda Təbrizdə, Urmiyada olanda ordakı bozqurdların mücadiləsini gördüm. Bu onu göstərir ki, Elçibəyin 1992-ci ildə dedikləri bu gün əksini tapamağa başlayır. Türkiyəyə səfər edəndə Elçibəyin adını çəkən kimi məni xüsusi şəkildə qəbul edib onun fikirləri əsasında hansı kitabların yazıldığını təqdim etdilər. Bunlar onu göstərir ki, Elçibəyin bu gün kifayət qədər müridləri var. Elçibəy türk millətinin xilsasının onun birliyində olduğunu çox gözəl anlayan və bu yolda ömrünü fəda edən qəhrəmandır.
İki saat müddətində davam edən dərs çox maraqlı keçdi. Qonaq mözu ətrafında gənclər üçün önəmli məsələlərə toxundu və gənclərin suallarını cavablandırdı. Qonağa xüsusi təşəkkürünü bildirən MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli “Elçibəy məktəbi”ndə növbəti mövzunun ermənilərin Qafqaza gəlişi olacağını diqqətə çatdırdı.
MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed