Şrift:
Azərbaycanlı fəal Mehdi Deyhimi tutulub
26.11.2015 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, qoşaçaylı milli-mədəni fəal Mehdi Deyhimi tutulub.
Azərbaycanlı fəal, noyabrın 24-də Qoşaçay (Miyandab) şəhərində, bir sıra məsələlər barədə ifadə vermək üçün çarbürc polis bölməsinə çağırılıb və oradaca tutulub. Polis idarəsində bir neçə saatlıq saxlanılıb dindirildikdən sonra, dinc fəal Marağa həbsxanasına köçürülüb. İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumatda bildirilir ki, Mehdi Deyhimi milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl barəsində çıxarılmış 1 illik həbs cəzasını çəkmək üçün Marağa zindanına köçürülüb.

Xatırladaq ki, Mehdi Deyhimi 2014-cü ilin sentyabr ayında (1393-cü il, şəhrivərin 10-da) Güney Azərbaycanın Məlikan şəhərində polis tərəfindən tutulmuşdu. Həmin vaxt Marağa məhkəməsi dinc fəalı sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq 1 il şərti həbsə məhkum etsə də, o, az müddət saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

Qeyd edək ki, fəal, milli sahədə apardığı fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed