Şrift:
İranlı deputat: -Ölkədə jurnalistlərin çoxu qorxu içində yaşayır”
26.11.2015 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin deputatı Əli Mütəhhəri noyabrın 24-da Tehranın Elm və Sənaye Universitetində tələbələr qarşısında çıxış edərək ölkədə islahat tərəfdarı jurnalistlərin repressiyaya məruz qoyulmasından nigaran olduğunu bildirib.
Əli Mütəhhəri deyib ki, o son vaxtlarda jurnalistlərin müxtəlif bəhanələrlə həbsə salınmasını qarşıdan gələn parlament seçkisi ilə əlaqədar olub-olmamasından şübhələnir: “İki il əvvəl ölkədə keçirilən prezident seçkisindən qabaq dedilər ki, xarici ölkələrlə əlaqədə olan 30-40 media işçisini tutublar. Lakin sonradan bəlli oldu ki, seçkidən əvvəl jurnalistlərin kütləvi həbsi, bəzi media orqanlarını qorxu içində saxlamaq məqsədilə həyata keçirilib.

Elə buna görə də, biz son vaxtlarda jurnalistlərin tutulub həbsə salınmasının qarşıdan gələn seçki ilə əlaqədar olması ehtimalından narahatıq və məsələyə bədbinik. Bu gün ölkədə jurnalistlərin çoxu qorxu içində yaşayırlar. Onlar hər an içində tutulub həbsə salınacaqlarından əndişələnir, həyəcan keçirirlər. Bu isə ölkə üçün yaxşı hal deyil. Bu, söz və ifadə azadlığına zidd bir addımdır və ölkənin imicinə ziyandır”.

Xatırladaq ki, noyabrın 2-də İranda islahat tərəfdarı tanınmış jurnalist İsa Səhərxiz, eləcə də islahatçı “Fərhixteqan” qəzetinin məsul müdiri Ehsan Mazəndərani tutulub. Noyabrın 3-də isə islahat meyilli media orqanları ilə əməkdaşlıq edən daha iki jurnalist, Saman Səfərzayi və Afərin Çitsaz tutulub.

Tutulan jurnalistlər, Amerika və Böyük Britaniyaya bağlı olan, ölkədə nüfuz etməyə çalışan bir şəbəkənin üzvü olmaqda günahlandırılıblar.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed