Şrift:
Azərbaycanda müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslərə qarşı tədbirlər sərtləşdiriləcək
04.02.2012 [14:11] - Mədəniyyət
Azərbaycanda orta məktəblərdə müəllimləri müsabiqədənkənar işə qəbul etmiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, yerli orqanlar 2011-2012-ci tədris ilində işə qəbul olunmuş müəllimlər haqqında və hazırda ciddi ehtiyac üzrə vakant yerlər haqqında məlumatları hazırlayıb qısa müddətdə nazirliyə təqdim etməlidirlər. İyulun 1-dək vakant yerlər barədə məlumatların təhlili aparılmalıdır.

Eyni zamanda, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri müəyyənləşdirilməli və bu barədə iyunun 15-dək Maliyyə Nazirliyinə məlumatlar təqdim edilməlidir.

Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qruplarının yaradılması və "Test bankı"nın hazırlanması da təmin edilməlidir.

Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə "Respublikanın ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu Qaydaları" işlənib hazırlanacaq və qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed