Şrift:
Beytullah Bərzgər azadlığa buraxılıb
02.12.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Beytullah Bərzgər Meşginşəhr (Xiyav) zindanndan azadlığa buraxılıb.
Tanınmış milli-mədəni fəal noyabrın 1-də (azərin 10-da) həbsxanadan sərbəst buraxılıb.

Fəal noyabrın 9-da (abanın 18-də) fars irqçiliyinə qarşı etiraz dalğası başladıqdan 3 gün sonra kütləvi aksiyada tutulmuşdur.

O saxlandığı müddətdə aclıq aksiyası da keçirib.

Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed