Şrift:
Şərqi Azərbaycanın vali müavini: Seçkilərdə etnik məsələləri dilə gətirilməyəcək
03.12.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda qarşıdan gələn parlament seçkilərində etnik məsələlərinin gündəmə gətirilməsi rejimi təşvişə salıb.
Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini qarşıdan gələn parlament seçkilərində rejimin qırmızı xəttini elan edib.

Səid Şəbistəri Şərqi Azərbaycan icra hakimiyyətlərinin (fərmandar) nümayəndələri ilə keçirdiyi iclasda seçkilər məsələsinə toxunub. Əhalinin seçkilərə qatılımının önəmini vurğulayan vali müavini, seçkilərdə iştirak edəcək namzədlərə xüsusi xəbərdarlıq da edib. O bildirib ki, “namzədlər etnik məsələlərinə toxunmamalıdır. Bu məsələ sistemin qırmızı xətti sayılır. Hər kəs bunu riayət etməsə və etniklər arasında nifaq salmağa çalışsa, ona qarşı qanuni tədbir alınacaq. Biz hamımız İslam Cümhuriyyətində yaşayırıq və onun inkişafı üçün birgə hərəkət edirik.”

S.Şəbistəri vurğulayıb ki, dövlət seçkilər dönəmində namzədlərin bütün hərəkətlərinə müxtəlif vasitələrlə nəzarət edəcək.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed