Şrift:
“Sepah”ın daha 2 üzvü Suriyada öldürülüb
04.12.2015 [01:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 2 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb.
23 yaşlı “Sepah”çılar, Zakir Heydəri və Həbib Şah Rzayi bir neçə gün əvvəl Suriyanın Hələb şəhərinin yaxınlığında İŞİD qüvvələrinin əli ilə həlak olub. Onların Suriyaya nə vaxt göndərildiyi haqda məlumat yayılmayıb. Hər iki “Sepah”çının meyitləri ölkəyə gətirilərək dekabrın 1-də İranın Vəramin şəhərində dəfn edilib.
Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın yüzlərlə komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 781 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed