Şrift:
Güney Azərbaycan: Yol qəzalarında onlarla insan ölüb və ya yaralanıb
05.12.2015 [00:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan caddələrində yenə də bir neçə qanlı yol qəzası baş verib.
Son məlumata görə, Təbriz-Ərdəbil caddəsində bir avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 28 nəfərin ölüb və ya yaralandığı bildirilir.
Şərqi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi xəbəri təsdiqləyərək baş verən hadisədə 26 nəfərin müxtəlif dərəcədə xəsarət aldığı və 2 nəfərin hadisə yerində öldüyünü bildirib. Həbib Hüseynqulizadə bildirib ki, yol qəzasında xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Qəzvin Vilayəti Yol Polisi İdarəsinin rəisi isə bu vilayətdə baş verən başqa bir yol qəzası ilə bağlı məlumat verib. Cənab Zeynəli bildirib ki, Qəzvin-Kərəc caddəsində Xavər və Volvo markalı yük maşınlarının toqquşması nəticəsində Xavərin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Onun sözlərinə görə, hadisəyə Xavər markalı maşının sürücüsünün ehtiyatsızlığı səbəb olub.
Xatırladaq ki, xəbər verdiyimiz kimi, son iki gündə Zəncan-Qəzvin və Salmas-Urmiyə caddələrində baş verən yol qəzalarında 4 nəfər ölüb və 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Güney Azərbaycan caddələri uzun illərdir çoxsaylı soydaşımızın ölümünə səbəb olub. İran rejiminin caddələrin vəziyyətinə laqeyd yanaşması, bu caddələrdə baş verən qanlı yol qəzalarının sayını artırıb.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed