Şrift:
Ərdəbil imam cüməsindən “Nardaran hadisələri”nə Müdaxilə
05.12.2015 [00:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şəhərinin imam cüməsi Azərbaycanın Nardaran qəsəbəsində baş verən son hadisələrə müdaxilə edib.
İran dini rəhbəri Əli Xameneinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyid Həsən Amuli cümə namazı xütbələrində Ərbəin mərasimləri ilə yanaşı Nardaran qəsəbəsində baş verən son hadisələrə də münasibət bildirib.
Axund Amuli bəyan edib ki, Azərbaycanın dövlət adamları əhalinin dini etiqadının qarşısında durmamalı və onun əleyhinə mücadilə aparmamalıdır.
Ərdəbil imam cüməsi sözügedən hadisələrlə bağlı öz nigaranlığını dilə gətirərək tutulanlara qarşı irəli sürülən ittihamları geniş şərh edib. O vurğulayıb ki, tutulan gənclər və üləmalara qarşı irəli sürülən ittihamların hamısı əsassızdır.
Axund hadisələrə İranın müdaxilə etməsi iddiasını da kəskin rədd edib.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed