Şrift:
Rəsmi Tehran Ərdoğanın İranla bağlı son bəyanatına reaksiya verib
05.12.2015 [00:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsari dekabrın 4-də jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranla bağlı son bəyanatına reaksiya verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsari deyib ki, qonşu ölkələr siyasi mövqe bildirərkən məsuliyyət daşımalı, qarşılıqlı ehtirama riayət etməli və macəraçılıqdan çəkinməlidirlər: “Suriya və İraqda terrorizmə dəstək verməyə gətirib çıxaran hər hansı bir siyasi mövqe və ya aparılan siyasət, yalnız bölgədəki mövcud böhranın daha da dərinləşdirilməsinə səbəb olacaq. Bu, həm də belə bir siyasəti irəli sürən ölkələrə problemlər yaradacaq. İran İslam Respublikası bu siyasətin dəyişdirilməsini, regiondakı bütün ölkələrin terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparmasını müsbət qarşılayır, bu istiqamətdə öz qonşuları ilə əməkdaşlığa hazırdır”.

Xatırladaq ki, dekabrın 3-də jurnalistlərin suallarını cavablandıran Ərdoğan Rusiyanın, oğlu Bilal Ərdoğanı İŞİD-lə əlaqədə günahlandırması ittihamını rədd edərək bu barədə İrana da xəbərdarlıq etdiyini bildirib: “Bundan əvvəl İran televiziyası da belə bir addım ataraq bu barədə əks məlumatlar yaymışdı. Mən İran hökumətinə və onun prezidentinə dedim ki, siz böyük bir səhvə yol verirsiniz və bu səhvi təkrar edəcəyiniz təqdirdə kəskin bir cavab alacaqsınız və bu sizə çox baha başa gələcək. Bütün bunlar ağ yalan və böhtandan başqa bir şey deyil. Təəssüflər olsun ki, “təqiyyə” əsasında qurulan sistemlər bu kimi yalan və iftiralardan çox faydalanırlar”.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed