Şrift:
“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
07.12.2015 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 6 üzvü Suriyada gedən döyüşlərdə İŞİD qüvvələri tərəfindən öldürülüb.
Bəşər Əsəd rejimini qorumaq üçün İranın müxtəlif şəhərlərindən Suriyaya göndərilmiş “Sepah”çılar Əlirza Qolipur, Meysəm Nəcəfi, Milad Bədri, Rza Mollayi, Muctaba Zəkəvi və Əbdülhəmid Saları “Ərbəin” mərasimi keçirilən zaman Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. “Sepah”çıların Suriyaya nə vaxt göndərildikləri və onların meyitlərinin ölkəyə gətirilib-gətirilmədi haqda məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb

“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb

“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb

“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb

“Sepah”ın daha 6 üzvü Suriyada İŞİD-çilər tərəfindən öldürülüb
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed