Şrift:
“Traxtur” klubunun rəsmisi Tuni Oliveranın komandadan ayrılmaq istədiyini bildirib
07.12.2015 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi Tuni Oliveranın komandadan ayrılacağı ilə bağlı müxtəlif xəbərlər yayılmaqda davam edir.
Bu dəfə klubun müdir-amili baş məşqçinin “Traxtur”dan ayrılacağı ilə bağlı açıqlama verib.
Səid Abbasi bildirib ki, “T.Olivera ilə keçirdiyimiz iclasda, o komandadan ayrılacağını elan etdi və bildirdi ki, düşdüyüm şərait məni yorub və “Traxtur”dan ayrılmaq istəyirəm.”
Klub rəsmisi bildirib ki, baş məşqçi komandadan ayrılmacağı ilə bağlı öz istəyini rəsmi şəkildə təqdim edəcək.
O əlavə edib ki, ailə problemindən başqa, digər məsələlərdə T.Oliveranın belə qərar verməsində təsirlidir.
S.Abbasinin sözlərinə görə, klubun idarə heyətində baş məşqçinin “Traxtur”dan ayrılması məsələsinə baxılacaq və son qərar burada veriləcək.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed