Şrift:
Təbrizin imam cüməsi İranla Azərbaycan əlaqələrinə yenidən baxılmasını tələb etdi
07.12.2015 [12:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nardaranda baş verən son hadisələrə İran mediası və rəsmi şəxslərinin müdaxiləsi davam edir.
Təbriz şəhərinin imam cüməsi, dini rəhbər Əli Xameneinin səlahiyyətli nümayəndəsi Müctəhid Şəbistəri vəziyyətin dözülməz olduğunu bildirərək bəyan edib ki, “Nardaran camaatına qarşı basqılar yolverilməzdir, məqbul deyil. Nardaran sakinlərinin indi düşdüyü vəziyyət bizdə narahatlıq doğurur. Azərbaycan tərəfi İranı bu qəsəbədə baş verənlərə bağlılıqda ittiham etsə də İranın həmin hadisələrdə heç bir iştirakı yoxdur. Nardaranda baş verənlər kortəbii inqilabi hərəkatdır.”
M.Şəbistəri cümə namazı xütbələrindəki çıxışında iranlı məmurların Nardaranın “şiə əhalisinə münasibətdə borc və öhdəliklərinin olduğunu” da vurğulayıb: “Bu qəsəbədə baş verənləri yoluna qoymaq və nardaranlılara münasibətdə basqıları dayandırmaq üçün diplomatik metodları işə salmaq lazımdır. Əks halda, yəni əgər bu, baş verməsə, İranla Azərbaycanın münasibətlərinə yenidən baxmaq lazım gələcək”.
Xatırladaq ki, noyabrın 26-da Azərbaycan təhlükəsizlik qüvvələrinin silahlı şəxslərə qarşı həyata keçirdiyi əməliyyat 2 polis və 4 silahlı şəxsin ölümü ilə sona çatdı. Bu hadisədən sonra İran mediası və bir sıra rəsmi şəxslər Azərbaycan dövlətinə qarşı ittiham və iftiralara başladılar.
Xəbər verdiyimiz kimi, ötən cümə namazında Ərdəbil imam cüməsi Seyid Həsən Amuli də M.Şəbistəriyə oxşar vir çıxış edib və Azərbaycan dövlətini sözügedən hadisələrdə suçlayıb.
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed