Şrift:
İran mətbuatı: Ruhani hakimiyyəti “Nardaran hadisələri” ilə bağlı daha sərt mövqe sərgiləməli idi
08.12.2015 [08:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə rəjimin bir neçə yüksək rütbəli vəzifəli şəxsləri “Nardaran hadisələri” ilə bağlı Azərbaycan cümhuriyyətinin daxili işlərinə müdaxilə edərək sərt açıqlamalar səsləndirdilər. İran mətbuatı isə müdaxilə xarakterli açıqlamaları yetərli hesab etmir və sözügedən hadisələrlə bağlı Ruhani hakimiyyətini laqeyd qalmaqda günahlandırır.
“Təbrize Bidar” saytı bu zəmində iki yazı dərc edərək “Nardaran hadisələri”ni öz nöqteyi-nəzərindən şərh etməyə çalışıb. Yazıda qeyd olunur ki, “Nardaran qəsəbəsində baş verən hadisələr sionizm-vəhabi-gülən cərəyanı tərəfindən düzənlənib və bu vasitə ilə bəlkə də Azərbaycanın Rusiyaya yaxınlaşmağını qərbdən gizlətmək istəyiblər.”

Saytda Nardaran hadisələrində həlak olan silahlı şəxslər və hadisənin əsas səbəbkarı Taleh Bağırov təmami ilə günahsız göstərilir.

Daha bir diqqət çəkən məqam isə Ruhani hakimiyyətinin günahlandırılmasıdır. İran hakimiyyəti “Nardaran hadisələri”ndə passiv olmaqda və kəskin mövqe sərgiləməməkdə ittiham olunur.

Xatırladaq ki, noyabrın 26-da Azərbaycan təhlükəsizlik qüvvələrinin silahlı şəxslərə qarşı həyata keçirdiyi əməliyyat 2 polis və 4 silahlı şəxsin ölümü ilə sona çatdı. Bu hadisədən sonra İran mediası və bir sıra rəsmi şəxslər Azərbaycan dövlətinə qarşı ittiham və iftiralara başladılar.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed