Şrift:
İranda “donuz qripi”nə yoluxan 36 nəfər həyatını itirib
08.12.2015 [08:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda H1N1 virusuna “donuz qripi” yoluxan 36 nəfər həyatını itirib. Bu barədə İranın Kirman əyalətinin ostandarı Əlirza Rəzm Hüseyni dekabrın 7-də jurnalistlərə açıqlamasında məlumat verib.
Kirman əyalətində əhaliyə xəbərdarlıq məqsədi ilə fövqəladə vəziyyət elan edildiyini bildirən Əlirza Rəzm Hüseyni deyib ki, virusun yayılmasının qarşısını almaq üçün əyalətdəki uşaq baxçaları, ibtidai və orta məktəblər dekabrın 8-i və 9-u tətil olacaq. Kirman ostandarı donuz qripi virusunun yayılmasının mənşəyi barədə hər hansı bir məlumata malik olmadıqlarını bildirib.

Qeyd edək ki, hərarətin qalxması, boğazda ağrıların hiss olunması, fasiləsiz öskürək, Zökəm, qusma və ishal donuz qripi xəstəliyinin ən mühüm simptomları sayılır.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed