Şrift:
“Traxtur” komandasında Tuni Oliveranı kim əvəz edəcək?
08.12.2015 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisinin istefası və onu əvəz edəcək baş məşqçi ilə bağlı müxtəlif xəbərlər yayılıb.
Hazırkı baş məşqçi Tuni Oliveranın “Traxtur” klubuna istefanaməsini təqdim etdikdən sonra komandaya hansı baş məşqçinin gətiriləcəyinə dair məlumat yayılıb. Hələlik T.Oliveranın komandadan ayrılacağı qətiləşməsə də, bu ehtimalın yüksək olduğu bildirilir.
Son məlumata görə, “Traxtur” takımının müdir-amili Səid Abbasi mövzu ilə bağlı verdiyi müsahibədə hazırkı baş məşqçini əvəz edə biləcək seçənəklərdən söz açıb. T.Oliveranın istefası klubun idarə heyəti tərəfiundən qəbul olunarsa aşağıdakı baş məşqçilərdən biri onun yerinə gətiriləcək:
Hüseyn Fərəki, Əmir Qələnoi, Rəsul Xətibi, Qulamrza Bağabadi və Əhəd Şeyxlari.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed