Şrift:
Ərdəbil zindanında Murtaza Pərvinin səhhəti ağırlaşıb
08.12.2015 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil zindanında azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvinin səhhəti ağırlaşıb.
Noyabrın 9-da (abanın 18-də) fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəalın, sağlamlıq vəziyyətinin ağırlaşdığı bildirilir. Məlumata görə, noyabrın 5-də (azərin 14-də) M.Pərvinin diş nahiyyəsində infeksiya əmələ gəlib və iltihab onun bütün sifətini bürüyüb. Zindan məsulları isə məsuliyyətdən yayınır və ağrılardan əziyyət çəkən fəalın vəziyyətinə təmami ilə laqeyd yanaşır.

Fəalın ailə üzvləri onun durumu ilə bağlı öz nigaranlıqlarını bildiriblər.

Xatırladaq ki, Güney Azərbaycanda fars irqçiliyinə qarşı etiraz aksiyalarının son dalğasında ən azı 130 nəfər tutulub. Fəalların

əksəriyyəti mülki vəsiqə qarşılığında sərbəst buraxılsa da, onlardan bəziləri hələ də təcridxanalarda qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed