Şrift:
Azərbaycanlı fəal Səccad Əfruziyan Təbriz zindanının karantin bölməsinə köçürülüb
08.12.2015 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli hüquqları uğrunda dinc mübarizə apardığına görə tutulub həbsdə saxlanılan gənc fəal Səccad Əfruziyan dekabrın 6-da Təbriz zindanının karantin bölməsinə köçürülüb.
İran təhlükəsizlik qüvvələri tərəfindən tutulandan sonra ETTELLAT-ın Təbrizdəki idarəsinin təcridxanasında dindirilən azərbaycanlı fəalın hansı bir şəraitdə Təbriz həbsxanasının karantin bölməsinə köçürüldüyü barədə məlumat yoxdur. Fəalın ETTELAAT-da dindirilərkən müxtəlif təzyiqlərə məruz qoyulduğu bildirilir.

Xatırladaq ki, Səccad Əfruziyanla eyni vaxtda tutulan qardaşı Fərdin Əfruziyan digər azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə dekabrın 1-də ETTELAAT təcridxanasından Təbriz zindanının karantin bölməsinə köçürülmüşdü.

Qeyd edək ki, “ETTELAAT”ın Təbriz bölməsinin əməkdaşları Səccad və Fərdin Əfruziyan qardaşlarını noyabrın 10-da Məlikandakı evlərində tutub aparmışdılar. Dinc fəal Rəsul Rəzəvi isə noyabrın 12-si axşam saatlarında müəmmalı şəkildə Təbrizdə yoxa çıxmışdı. O yoxa çıxandan dörd gün sonra evlərinə zəng vuraraq ETTELAAT təcridxanasında saxlanıldığı bildirmişdi.

Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlar zamanı tutulan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed