Şrift:
NƏDƏN BU DURUMDAYIQ? TARİXİ KÖKLƏR, NƏTİCƏLƏRİ VƏ ÇIXIŞ YOLLARININ QISA İCMALI
05.02.2012 [16:21] - Güney Azərbaycan xəbərləri
Bildiyimiz kimi dünyada yaşayan Azərbaycanıların 90 faizindən çoxu (elecədə bizim Respublikada) yaşayanların böyük əksəriyyəti Türkdür,yəni biz, aydın məsələdir ki, bir Türk millətiyik. Amma təssüflər ki bunu anlayan cəmiyyətimizdə çox az insanlar var-böyük əksəriyyət hələ də millətimizin azərbaycanlı olduğunu qeyd edir, necəki XX əsrin əvvələrinə qədər bugün millətim azerbaycanlı deyənlər özlərini millət kimi müsəlman olaraq tanıyırdılar-millətimizin müsəlman olduğunu deyrdilər. Bugün “mənim millətim azərbaycanlıdır” deyənlər XX əsrin əvvəllərində “millətim müsəlmandır” deyənlərə bərabərdir(yəni bir əsrdir yerimizdə sayırıq). “Azərbaycan” adı aydın məsələdirki coğrafi bir termindir,danışdığımız dilin qramatikasını normal bilənlər belə bunu yaxşı anlayırlar ki sonu li,lu,lü ilə bitən sözlər milli kimliyi bildirə bilməz. Məsələn “mən türkəm” deyə bilərəm amma “mən Azərbaycanam” deyə bilmərəm,”mən azərbaycanlıyam”,”mən qafqazlıyam”,”mən bakılıyam”,”mən Şəkiliyəm” və s. şəkildə deyə bilərik,bütün belə hallarda fərdin ifadə etdiyi xüsusi isimlər kateqoriyası konkret yer -coğrafi ərazi adlarını bildirir. Azərbaycanlı sözü hamımız üçün əzizdir-amma coğrafi anlamda. Necəki Bakıda böyüyən Bakını daha çox sevə bilir, Şəkidə böyüyən Şəkini daha çox sevə bildiyi kimi.”Azərbaycanlı” və qısaldılmış formada olan “Azəri” sözünü zamanla bizə türk olduğumuzu unutdurmaq üçün necə yeridilidyini də tarixi bilənlər yaxşı anlayırlar-İqrar Əliyev kimi SSRİ əmirqulularının yazdığı sifarişli və saxta tarix istisna olmaqla(hansıki bugün insanlarımızın çoxu məhz tarixi bilgilər cəhətdən sovetlərin bizə İqrar Əliyev kimi türk olmayanların ilə sırıdığı saxta tarixi bilgilərdən o tərəfə keçmir)
Azərbaycan deyilən coğrafi ərazi ən qədim zamanlardan bugünə qədər həmişə türklərin yaşadığı daimi ərazi olub.

VII əsrdə İslam dinini qəbul edən bu ərazilərdə yaşayan türklər öz milli kimliklərini itirməyə doğru getdilər,yəni millətini sevmək ümmətini sevməklə əvəz olundu-və millət olaraq kim olduğumuzu unutduq.İdeoloqumuz Pərviz Elayın da qeyd etdiyi kimi bütün millətlərə də iki prizmadan yanaşmağa başladıq-müsəlmanlar və qeyri- müsəlmanlar yaxud möminlər və kafirlər.(Halbuki, İslamdan öncə insanlara baxış bucağı bizim dildə danışan -bizimkilər və bizim dildə danışmayan- yadlar əsasda idi).Hətta XX əsrin ortalarına qədər insanlarımızın böyük əksəriyyəti “millətin nədir?” sualına “əlhəmdilullah müsəlmanıq” deyə cavab verirdilər. Bəziləri deyirlər ki, türklər İslamın gücü ilə daha da qüdrətləndilər-əxlaq,mədəniyyət sahibi oldular, bu fikir nə dərəcədə düzdür sualına cavabda İslama qədərki nə qədər Türk imperiyalarının,dövlətlərinin mövcud olduğunu araşdırsalar asanlıqla görəcəklər ki, əslində İslam bizə əxlaq yaxud güc gətirdi fikrinə pişmiş toyuğun da gülməyi gələcək qədərdir,niyə bu qədər əminliklə demək olar bunu?çünki ortabab ağıl yiyəsi də yaxşı anlayır ki, hər bir əxlaqsız yaxud zəif toplum güclü imperiyalar qura bilmək imkanından işıq ili qədər uzaqdırlar.Çünki, əxlaq və ailə törəsinin göstəriciləri hər bir toplumun sağlamlıq dərəcəsinin göstəricisidir.Əxlaq və Ailə dəyərlərinin isə sağlamlıq dərəcəsi Tanrıya hansı dərəcdə inam gətirməklə sıx bağlıdır. Beləliklə Tanrıya güclü inamı olmayan millətlərdə toplumun daxili nizamını qoruyan güclü əxlaq və ailə dəyərlərinə sahib olmaq çox çətindir.Böyük İmperiyalar qura bilmiş millətimiz də təbiki Tanrıya güclü inamı ilə toplumda güclü daxili intizam(güclü ailə yapısı) yaratmış və dəyərlərinə sadiqliyi ilə digər millətlərdən seçilmişlər.

İslamdan öncəki türk yaşam tərzini əyani şəkildə göstərən “Kitabi-Dədə-Qorqud” dastanına diqqət yetirsinlər,qadına, uşağa, ağsaqqala hansı münasibətlər bəslənildiyinə fikir versinlər, yaxud hələ İbn-Fadlan,əbu-Dulaf kimi ərəb alim səyyahların, xəlifələrinin tapşırıqları ilə hələ müsəlman olmayan Türk ellərini gəzərkən kitablarında apardıqları qeydləri demirəm, belə misallar çox çəkmək olar tarixmizidən-ərəblərdən əvvəl bir Tenqri deyib Tanrının bir olduğunu qəbul edən məgər biz Türklər deyildikmi?,məgər İslam dinində hansı gözəl dəyərlər var ki həmin dəyərlər türklərin milli dəyərlər sistemində olmayıb?Islam dinindəki bütün gözəl dəyərlər və fəzilətlər vaxti ilə hələ Islamdan da qabaq bizim yaşam tərzimiz olub-amma zamanla bu dəyərlərdən uzaqlaşdıq,çünki bizim yaşadığımız gözəl dəyərlər İslam dini adı altında ərəbələşməyə məhkum oldu. Ə slində biz əsil İslam(Allaha itaət edən) dinindən uzaqlaşdıq(yəni milli dinimizdən-hansıki bizim yaşam tərzimiz idi). Öz dilimizdə təbii dinimzdən(inanc sistemimizdən) süni dinimzə keçid aldıq,ərəb mədəniyyətini yeməyə başladıq ki, bunun da nəticəsində millət olaraq kim olduğumuzu unutduq,uzun bir yuxuya daldıq.İslam dininə kölgə salmaqdan uzağam,müəyyən müstəvidə müəyyən faydaları da az olmamışdır.Lakin millət anlayışını əlimizdən,zehnimizdən almaqla milli kimliyimizi,üst kimliyimizi məhv etdi İslam.Və zamanla daha da mütiləşməyə,məzlumlaşmağa başladıq. Həqiqət olan bir və ən güclü və böyük yaradana verdiyimiz Tanrı adını eyni məzmunlu Allah adına dəyişdik və zamanla ərəb psixologiyasında Tanrını qavrama xüsusiyyətlərinə yiyələnib özümüzün Tanrını qavrama özəlliklərini itirdik.Beləcə ərəb psixologiyasından irəli gələn ərəb məntiqinə,düşüncə tərzinə uymaqla müsəlman olduq, zamanla daha da məzlumlaşmağa,mütiləşməyə başladıq.Tanrını dərketmədə fırıldaq mollalara,şeyxlərə inam gətirdik.Tanrını yaxud Allahı dərketmədə vasitələrin sayını(mollalar,pirlər və s.) arıtrıdəq və vasitələri artırmaqla da elə Tanrıdan yaxud Allahdan daha da uzaq düşməyə başladıq. Cənnət sevdası və cəhənnəm qorxusuna görə bu dünyanı faniləşdirdik,boş bir dünya adlandırdıq və nəticədə bu miflərin orbitindən çıxmış millətlərin dişlərində yem olmağa başladıq.

Bu yuxudan M.Ə.Sabir kimi(“harda müsəlman görürəm qorxuram”),M.Cəlil kimi (Ölülər əsəri,Molla Nəsrəddin və s.)dühalarımız ayılıb milləti aydınlatmağa,zülmət içində olan millətimizə işıq saçmağa çalışdılar.Bu gün də Molla Nəsrəddin məzmunca aktualdırsa deməli,hələ də qəflət yuxusundan,zülmətdən ayıla bilməmişik). XIX əsrin sonu XX əsrin əvvəllərində Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digər qabaqcıl ziyalılarımızın sayəsində unudulmuş, milli kimliyimizin yenidən kəşvi oldu.Təssüf ki, XX əsrin əvvəllərində bu millətin xilas yolu olan milli məfkurənin davamçıları olan Əhməd Cavad,Hüseyn Cavid və digər bu kimi nə qədər əsil milli ziyalılarımızı işgəncələrlə məhv etdilər!!Məqsəd nə idi?! Belə ziyalılarımzın məhvi ilə millət olaraq kim olduğumuzu bizə unutdurmağa çalışmaq.Çalışdılar və buna da nail oldular.Uzun əsrilərdir ümmətçilik adlı qəflət yuxusundan qismən ayılmış millət indi də komminizm adlı yuxuya qərq edildi,millətə “süni başlar” düzəldildi. Əhməd Cavad kimi millətin dəyərli övladlarımızın yeni nəsillərimizə qəhrəman kimi təbliği əvəzinə kommunist nökərləri olan ziyanli ziyaliciqlar – ölkəmizdə yaltaqlıq toxumunu əkmiş insanlar bizlərə qəhrəman kimi təbliğ olunmağa başlanıldı, əvvəllər millət olaraq özünü müsəlman kimi tanıyan toplumu artıq yeni bir ad altında əritmək lazim idi ,bu ad da tapıldı. “Azərbaycan” və qısaldılmış formada “azəri”,və rəsmi xətt kimi azərbaycançılıq idealogiyası əsas götürüldü.Sovet azerbaycançılığı millətimizin mənşəyini istənilən millətlə calaşdırmağa hazır idi ki, yetər ki təkcə Türk milləti olmasın,nədən məhz millətimizin həqiqi adına- “Türk”-adına bu qədər qısqanclıq vardı?.Dünyada 17 imperiya qurmuş uzun müddət dünyada hökmran olmuş bir millətin nümayəndələriyik,ve bugün də o şanli tarixə qayıda bilmək üçün konkret potensialın var olması-turke qarşi qərbdə və ruslarda yaranmış bu kompleks bugün də var olmaqdadır. Həm də Anadolu qardaşlarımızla təmas etmə qorxusu.Türkün olduğu yerdə başqaları tərəfindən qurulan bütün oyunların Türkə qarşı yönəlməyinin də mənbəyində bu dayanır. Türklərə qarşı qorxu kompleksi,başımıza gələn bütün faciələrin və belə böhranlı duruma düşməyimizin səbəbinin nüvəsində yalnız və yalnız bir amil dayanir-bu da bizim uzun əsrilerdir itirdiyimiz,hələ də sahib ola bilmədiyimiz milli kimliyimizi unutmağımızdır (və yaxud unutdurulmağımızdır).
Nədən milli kimliyimizə dönüş bu qədər vacibdir? çünki milli kimliyini itirmiş, tarixini düşmənlərinin yazdıqlarına əsasən öyrənən və nəticədə yanlış dünyagörüşə sahib olan millət əslində başqa millətin ayaqaltısına çevrilməkdən başqa yolu qalmır-bir sözlə kökündən qurumuş bir ağacdırkı digərləri də həvəslə bu ağacı odun edib qızınmaq üçün həvəslə ocaqlarına atırlar.Milli kimliyin toplumda özünüdərk dərəcəsi həmin toplumun özünüqoruma instinktinin gücünün dərəcəsini göstərir.Milli düşüncəs bu üzdən hər bir millətin müdafiə qalasıdır.

Milli natamamlıq kompleksinin də başlanğıcı burdan qaynaqlanır- çox insanlarımızda bu üzdən öz millətimizə qarşı sevgi biryana qalsın artıq nifrət formalaşmaqdadı-təbi ki belə insanlar dünyagörüşcə şikəst olan insanlardır. Hərksədə bir pessimizm var- “bizim millət onsuzda belədir”, “bizim millət düzəlməyəcək” kimi ifadələrin də yaranma səbəbləri burdan qaynaqlanır. Halbuki bu ifadələri işlədənlərin özləri millətinin nə olduğunun fərqində deyillər, bu kimi hallar bəlkə də, kimlərəsə adi bir hal kimi görünə bilər ,əslində isə çox dərin məzmuna malikdir və hər bir millətin inkişafı məhz onun bu kimi bəzi fikir verilməyən xırda hesab edilən sosial-psixoloji durumundan irəli gəlir,bu tilsimi qırmaq bu millətin inkişafına böyük nəfəs vermək demək olardı.
Milli natamamlıq kompeksinin insanlarımıza vurduğu yaralar təkcə bunlarla bitmir.İctimai şüuru yaxud yanlış ictimai şüurda olan və milli düşüncədən kasad insanlarımıza bunun səbəblərini izah etmək bunu anlayan hərkəsin borcudur: Əsrlərdir bu qədər kütləşdirilmiş,zülmət içində varlığını sürdürmüş üstəlik XX əsrdə olmazın faciələr yaşamış bir millət hələ zəif də olsa öz varlığını sürdürürsə bu da millətimizin milli-genetik kodunda,təhtəl şüurunda,qanında bitməmiş gücün təsirindəndir.
İxtiyari bir millət bu kimi tarixi proseslərdən dolayı bizim yaşadığımız faciələri keçirsəydi necə olardı?bəlkədə yax olardı yaxud bizdən də eybəcər durumda olardı.Qüzey Azərbaycan: 1905-1911cı illər erməni-rus xəyanəti,1918-cı il 31 mart ərəfələri, 1920-1941cı illər Bolşevik cinayətlərinə qarşı Azərbaycanın bölgələrində üsyanlar və bu üsyanların amansızlıqla yatırılması və milli ziyalılarımızın və milli burjaziyamızın məhvi.1941-1945 cı illərdə İkinci Cahan savaşı və sayı o dövrlərdə elə dəçox olmayan Qüzey Azərbaycan türklərinin 600minlik insan potensialı ilə müharibədə sovet ideoloji təbliğatın uğurlu nəticsəinə görə müharibəyə səfərbəy olunması və 300min azərbaycan türklərinin müharibədə həlak olması və geri qalanlarının çoxunun əlil durumda müharibədən “sağ” qayıtması,1948-1953 cı illər Qərbi Azərbaycandan türklərin deportasiyası və sürgün zamanı nə qədər insanlarımızın tələf olması,məlum Qarabağ savaşı minlərlə insanımızın düşmənlərimiz tərəfindən amansızlıqla məhv edilməsi və 1milyondan çox qaçqınlarımız.Güney Azərbaycan 1905-1911 cı illər Səttərxan hərəkatı,1918-1920 cı illər Xiyəbani hərəkatı,1945-1946 cı illər Pişəvəri hərəkatı,1978 cı il İslam inqilabında və 1980-1988 cı illər İran-İraq savaşı. Bütün bu tarixi proseslərdə minlərlə insanlarımız həlak olmuş,sürgün və mühacir həyat yaşamağa məruz qalmış,həbslərdə yatmış,əlil olmuş və digər olmazın tarixi faciələr yaşamışdır. Faciələrimizin sayını və çeşidini daha da artırmaq olar.Hər tərfimiz düşmənlə (ruslar,farslar,ermənilər,kürdlər) əhatə olunduğumuz halda üstəlik Qərbin və digər dünya güclərinin də bizə qarşı olduğu halda hələ də milli azadlığımız uğrunda mübarizəmiz yaşayırsa bu millət böyük millətdir.”Bizdən adam olmayacaq”(milllət anlamında deyənlər),”biz millət deyilik”(zəiflik anlamında) və s. kimi milli-natamamlıq kompleksini yaşayıb digər millətlərə pərəstiş edənlər əsilində gerçəkdən ya dar düşüncəli insanlardır yaxud da beyinləri yuyulmuş manqurtlardır (liberallar kimi).

Bu kimi fikirləri daha dərindən və detallı şəkildə çox yazmaq olar.Sadəcə çox uzun olmasın deyə bəzi dərin məzmunlu açar sözlər yazmaqla məqaləmi bitirmək istəyirəm: öz milli kimliyindən məhrum olmuş bir millət kökündən bitmiş bir bitkidir, məhv olub gedəcək, belə millətin nümayəndəri daima başqa millətlərə qul olacaq, əzilən olcaq,haqqlarını və hüquqlarını müdafiə edə bilməyəcək,dünya ədalət üzərində qurulub yaxud qurmaq olar kimi absurd fikirlərlə beyinlərini doldurmuş insanlar bilməlidirlər ki- əslində realist düşüncə açıq şəklildə,tarixi və indiki gedişat və sabahkı gözləntilərlə göstərir ki ədalət deyilən şeylər bu dünyanın təbii instinktlərindən o tərəfə keçə bilmək iqtidarında olmayıb,bu gündə belədir,sabah da bele olacaq,nə qədər güclüsənsə o qədər də haqlısan- yaşamaq uğrunda mübarizə aparmaq insan instinkərinin nüvəsində dayanır.Bu üzdən zəif olan insan və insanlar toplumu olan millət daima yaradanın özü tərəfindən əziləməyə,qamçılanmağa və məhvə məhkumdur,Tanrı özü gücli olanı sevir,və həmişə ona dəstək olur nəinki qorxaqları və əzginləri,haqq -ədalət isə natamamlığın tamlığa, yarımçığın bütövə,ağılsızın ağıllılığa,zəifin güclüyə,balacalığın böyüklüyə,Tanrının hisssələrinin(balaca ruhların) Tanrıya gedən yolundadır və bu haqq-ədalət yolu insanlarımızdan daima mübarizə tələb edir-Dünən böyük,güclü olan millətimiz bugün çox zəifləyib-yəni Tanrının haqq -ədaləti pozlub-disharmoniya artıq göz qabağındadır-bu həqiqəti,haqq-ədaləti bərpa etmək məsuliyyəti millətimizin bugünki insanlarının üzərinə düşür-bu yolda mübarizə aparmayan insanların isə Tanriya qovuşmaq , altından çaylar axan cənnətdə hurilərlə ağacların kölgəsində kef etmək və sair kimi ümidləri ac toyuğun yuxuda dari görməsindən başqa birşey deyil.
Hərkəs fərd olaraq güclü millət olmağımız üçün nə gərəkirsə onu etməyi özünün yaşamağının mənası hesab etməlidir və bilməlidirki onun əsil dini də,imanı da bu yolda görəcək işlərə uyğun olanlardı!!.

Eşref Elatlı
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed