Şrift:
Səhiyyə Nazirliyi: Azərbaycanda “donuz qripi” ilə bağlı müayinələrin aparılmasına tam hazırıq
09.12.2015 [12:57] - Gündəm, Sağlıq
Azərbaycanda insanlar arasında “donuz qripi”nə yoluxma ilə bağlı müayinələrin aparılması işinə tam hazırlıqlı vəziyyətdəyik.

Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.

Onun sözlərinə görə, yoluxma ilə bağlı laborator müayinələrin aparılması bu quruma həvalə edilib.

R.Abdullayev müayinələrin aparılması üçün kifayət qədər reaktivlərinin olduğunu, laborator şəraitlərinin bu müayinələrin təşkilinə imkan verdiyini də söyləyib: “Laboratoriya, işçilər bu müayinələrin aparılmasına tam hazır vəziyyətdidir. Əgər bir hadisə baş versə, nümunənin qəbul olunması üçün hazırıq”.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed