Şrift:
Şərqi Azərbaycanda 8 ayda 537 nəfər yol qəzalarında həlak olub
10.12.2015 [09:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Vilayətində 8 ayda 537 nəfər yol qəzalarında həlak olub.
Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, "cari ilin birinci 8 ayında 537 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur.”

Bəhram Səmədirad deyib:

“Bu ilin birinci 8 ayında Tibbi Ekspertizada qeydə alınan yol qəzalarında 537 nəfər həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə - hansıki 524 nəfər idi- 2 faiz çoxdur. Yol qəzalarında dünyasının dəyişənlərin 440-ı kişi 97 nəfəri isə qadın olub.”

Mərkəzin baş müdiri əlavə edib ki, ötən ay Şərqi Azərbaycanda 62 nəfər yol qəzalarının qurbanı olub, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 nəfər çoxdur.

B.Səmədiradın sözlərinə görə, ötən il Şərqi Azərbaycanda 703 nəfər yol qəzalarında həlak olub. Onlardan 146 nəfər qadın, 557 nəfər isə kişi olub.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed