Şrift:
Tutuqlu fəallar haqqında son məlumat
10.12.2015 [09:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəallar Səccad Əfruziyan, Fərdin Əfruziyan və Rəsul Rəzəvinin qeyri-müəyyən vəziyyəti davam edir.
Son günlərdə Təbrizin mərkəzi zindanına köçürülən Səccad Əfruziyan öz ailəsi ilə heç bir əlaqə saxlamayıb. Yerli mənbədən əldə etdiyimiz məlumata görə, “Əfruziyan ailəsinin Səccaddan heç bir xəbəri yoxdur”. Təbriz zindanına köçürülən fəalın ailəsi ilə əlaqə saxlamaması, yaxınlarının xüsusi nigaranlığına səbəb olub.

Bu arada Səccadın qardaşı Fərdin Əfruziyanın da oxşar vəziyyətdə olduğu bildirilir. Məlumata görə, Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi Fərdinin vəsiqə qarşılığında azad edilməsinə qarşı çıxıb.

Daha bir xəbərə görə, Təbriz zindanında saxlanılan Rəsul Rəzəvi həbsxananın 15-ci, Fərdin Əfruziyan isə həmin həbsxanada Üçlü bölümünə köçürülüb.

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərində fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyaları günlərində yaxalanıb. Rəsul Rəzəvi noyabrın 12-də Təbrizin Heydərabad məntəqəsində, Əfruziyan qardaşları isə noyabrın 10-da Məlikanda yerləşən şəxsi evlərində təhlükəsizlik qüvvələrini hücumuna məruz qalaraq tutulublar.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed