Şrift:
Tuni Oliverta “Traxtur” komandasından rəsmən ayrıldı
10.12.2015 [09:21] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının portuqaliyalı baş məşqçisi komandadan rəsmən ayrıldı.
Məlumata görə, dekabrın 8-də “Traxtur” klubunun məsulları ilə Tuni Olivera 3 saatlıq iclasdan sonra razılığa gəlib və baş məqçinin öz vəzifəsindən ayrılmasına qərar verilib.

Bu barədə bir sıra qalmaqallara səbəb olan “Traxtur” klubunun müdir-amili, komanda tərəfdarlarının sevimli baş məşqçisi ilə bağlı verilən qərarı açıqlayıb. Səid Abbasi bildirib ki, “o və klubun idarə heyəti T.Olivera ilə birgə işləməyə üstünlük veriblər, lakin baş məşqçi bir sıra problemlərdən dolayı komandadan ayrılmaq istəyib.

Bu xəbərdən sonra “Traxtur”un yeni baş məşqçisi ilə bağlı məlumat yayılıb. İdman saytlarında yayılan xəbərə görə, “Traxtur” klubu artıq Əmir Qələnoi ilə razılığa gəlib və dekabrın 9-da tərəflər arasında müqavilə imnzalanacaq.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed