Şrift:
İran Səhiyyə Nazirliyi: “Donuz qripi ölkənin bir neçə əyalətində yayılıb”
10.12.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyi dekabrın 8-də bəyanat yayaraq ölkədə donuz qripinin (H1N1 virusunun) sürətlə yayılmasının ciddi narahatlığa səbəb olmasından xəbər verib.
İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər mərkəzinin rəisi Məhəmməd Mehdu Quya dekabrın 8-də jurnalistlərə açıqlamasında deyib ki, son günlərdə təkcə ölkənin Kirman və Sistan-Bəlucistan əyalətlərində donuz qripinə yoluxan ən azı 36 nəfər həyatını itirib: “Donuz qripi ölkənin bir neçə əyalətində yayılıb. Son günlər donuz qripi xəstəliyinə yoluxan 7 nəfər Həmədanda, 1 nəfər isə Buşehrdə aşkarlanıb. Bundan başqa ən azı 8 nəfər də bu xəstəlik nəticəsində Sistan-Bəlucistanda həlak olub.

Bu il, ölkədə yayılan donuz qripi, yəni H1N1 virusu digər viruslarla müqayisədə daha yoluxdurucu və təhlükəlidir. Biz isə bu xəstəliyi nəzarətdə saxlamaq və onun yayılmasının qarşısını almağa çalışırıq”.

Donuz qripinin ölkədə yayılmasının mənşəyinə gəldikdə isə konkret və dəqiq bir məlumat yoxdur. İran parlamentinin bəzi deputatları bu xəstəliyi qanunsuz yollarla ölkəyə gələn Əfanıstan vətəndaşları ilə əlaqələndirsələr də, bəzi mənbələr də onun yayılmasını son günlərdə Ərbəin mərasiminə qatılmaq üçün bir milyondan çox iranlı zəvvarın İraqa səfəri ilə ilə əlaqələndirir, virusun əsas daşıyıcılarının İraqdan qayıdan zəvvarlar olduğunu bəyan edirlər.

Qeyd edək ki, hərarətin qalxması, boğazda ağrıların hiss olunması, fasiləsiz öskürək, Zökəm, qusma və ishal, donuz qripi xəstəliyinin ən mühüm simptomları sayılır.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed