Şrift:
Bu günlərin aktual mövzularından “İki məsələ”
06.02.2012 [11:08] - Güney Azərbaycan xəbərləri
Şahhuseynli Pərviz -shahhuseynli@yandex.ru-
Bir, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri postundan uzaqlaşdırılması;
İkincisi isə ölkəmizin adının dəyişdirilib Şimali Azərbaycan qoyulması:
Bu həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa ermənilərin Qarabağ qarantıdır? Onları yerindən tərpətmək Qarabağı almaq kimi bir işdir.


Bu ölkələrə bir daha diqqətlə nəzər salaq..

ABŞ - erməni lobbisinin güclü təsir imkanları olan ölkə.Əhalisinin təxminən 700 min nəfəri ermənilərdir.Təəssüf dogurucu faktdir ki, 300 mln. əhalisi olan Amerikada 700 min erməni Amerikanın siyasətinə hiss ediləcək dərəcədə təsir edə bilir.Məhz bu təsirin nəticəsi də daxil olmaqla yanaşı Amerikanın Cənubi Qafqaz siyasəti tələbinə uyğun olaraq ABŞ həmsədr ölkə kimi Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalın aradan qaldırılması üçün ortaya konkret mövqe qoymağa ehtiyat edir.

Fransa - Tarix boyu tarixləri olmayan ermənilərə tarix yaratmaq, lazım gələndə ermənilərin maraqlarını təmin etmək üçün öz mənafeyini ayaqlar altına atmağa hazır və qadir ölkə.
60 mln əhalisinin təxminən 300 mini ermınilərdir. Bu ölkədə də erməni diasporu və lobbisi yetərincə irəli gedə biliblər ki, bu faktorun nəticəsi olaraq “erməni qanunu” ilə ozünü parlaq şəkildə göstərərək, Fransanın milli maraqlarına köklü şəkildə təsir edə biləcək bir qanun layihəsini senatda təsdiqlədə bildi.
Bu həmsədr ölkənin əsas KİV –lərinin yönəticiləri ermənilərdir ki, onlar da dördüncü hakimiyyət olaraq öz əllərində olan imkanlardan maksimum istifadə edərək bu ölkənin xarici siyasətini Azərbaycan və Türkiyənin ziyanına kökləyə biliblər. Mütləqdir ki, bu işdə Fransanin XİN-də çalışan çoxsaylı ermənilərin də “əməyi” vardır. Bu ölkədə erməni amilinin əsas rol oynaması isə bir vaxtlar Fransanın erməni əsilli baş naziri işləmiş Balladyurun bu posta gətirilməsidir.
Bu həmən həmsədr ölkədir ki, 1987 –ci ildə, heç vaxt nə Ermənistan, nə də Dağlıq Qarabağda yaşamamış, ömrü boyu Moskvada yaşayan erməni alim Aqambeqyan bu ölkəyə gələrək , məhz bu ölkədə cəsarət taparaq “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” bəyanatını vermiş, yerli hakimiyyət və siyasilər tərəfindən böyük dəstək almışdır. Bundan iki ay sonra isə Dağlıq Qarabağda üsyan, münaqişə ilə yanaşı Azərbaycanın bəlaları da başlanır. Azərbaycanı bu cür müsibətlərə sürükləyən Fransız cildinə girmiş ermənilərin bu gün Minsk qrupunda Azərbaycanın xeyrinə nəsə edəcəyinə inanmaq isə sadılövhlükdən başqa bir şey deyildir.

Rusiya- Ermənilər üçün böyük qardaş. Bu ölkəni hər birimiz yaxşı tanıdığımızdan bu ölkə haqqında yazmağı uzunçuluq hesab edərək ,daha bir məsəl çəkməli oluram - Görünən dağa bələdçı lazım deyil. Bu ölkə haqqıda qısa xatırlatma ilə üzərindən keşmək istəyirəm.
Rusiya digər iki həmsədr olkələrə nisbətən daha səmi görünür. Erməniləri himayə etdiyini açıq- aşkar nümaiş etdirərək heç kimi dağa-daşa salmir. Elə açıq siyasət aparır ki, bölgədə nəzarəti əlində saxlamaq üçün Ermənistani istədiyi kimi istifadə etməsi kimsəyə sirr deyil.
Rusiya Cənubu Qafqazda yaratdugu bu dövlətcikdən Tükriyə , Azərbaycan və Gürcüstana təsir vasitəsi kimi məharətlə istifadə edir.
Rusiyanın təşkil etdiyi Kollektiv Təhlükəsizlik Şurasında Ermənistanın da təmsil olunması həmsədr ölkə kimi Rusiyanın Minsk qrupunda iştirakı ilə təzad təşkil etsə də, nədənsə bu məsələyə göz yumulmaqdadır. Ermənistanı KTŞ-yə qatması ilə bu dövləti açıq aşkar himayə edən Rusiyanın Minsk qrupunda Ermənistanın xeyrinə olmayan hansısa bir iş aparması qətiyyən inandırıcı deyil.
Mins qrupunda Qarabağ münaqişəsinin həllinə cavabdeh olan həmsədrlərdən biri Rusiyaya Qarabağ münaqişəsinin həlli , bölgəyə nəzarət və bölgəyə təsir imkanları baxımından sərfəlı olmadığından, bu ölkə də illərdir Minsk qrupu çərçivəsində özünəməxsus monipulyasyalarla məşğuldur. Hec bir iqtisadi davamliligi olmayan Ermənistanin bu gün ayaqda qalması yalniz və yalniz Rusiya maraqlarının nəticəsidir. Aşıq məsələdir ki, Rusiya, qərbə meyilli Azərbaycanı təsir atinda saxlamaq üşün Dağlıq Qarabağ kartından maksimum faydalanacaq və bu münaqişənin həll olunmaması üçün əlindən gələni edəcək.
Təbiidir ki, bu kart da zamanın hansısa bir dönəmində öz aşırım dövrünü bitirmiş olacaq. Bax o zaman Ermənistan istifadə müddəti bitmiş əşya kimi zibil qutularina atilacaq. Ona görə ki, bu uzdəniraqlar həqiqətən də təbiətin bəşəriyyət üçün yaratdığı baş ağrısıdır. Necə ki ruslarin dediyi kimi. “Ermənilər dünyaya gələndə yəhudilər agladilar”.


Bu gün avropa üçün ən başlıca məqsəd ökələrinin maraqlarını təmin etmək və ayaqda qalmaqdır.
Bu ölkələrdən baxanda Azərbaycan yalnız və yalnız neft, qaz və digər enerji rerusrsları ilə zangin və qərbə cazib ölkə kimi görünür. Elə bu səbəbdəndir ki, bu həmsədr ölkələr Azərbaycan-Ermənistan münaqişəsini həlli pərdəsi altında, regionda öz maraqlarını qoruduqlarını illərdir sübut etməkdədilər. Onu da qeyd etmək yerinə düşər ki, hər üç ölkə “daimi həmsədr” statusludur. Bu isə o deməkdir ki, bu ölkələrdən hər hansi birini bu qrupdan uzaqlasşdirmaq heç də asan gorünmür. Diqqət çəkən məqamlardan biri isə budur ki, bu illər ərzində Minsk qrupunun təmsilçiləri yorulub bir neçə dəfə dəyişdirilsə də ölkəmiz onları qəbul edib , yedirib –içirməkdən yorulmadı. Axı əcnəbi qonaqlardir. Qoy gedib ölkələrində bizim qonaqpərvərliyimizdən danışsınlar.
Fəaliyyətləri dövründə girmədikləri rol, oynamadıqları hava qalmadı. Hətta cənab Brayza bir əlini yuxari qaldirib, üç barmağını büküb, obrazlı şəkildə bildirmişdi ki, münaqişəni demək olar ki həll etmişik, sonuncu balaca iki barmaq qədər iki kiçk məsələ qalıb.

Fransalı həmsədr B.Fasye isə Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsini ümumiləşdirərək açıqlama verir ki, ”Cənubi Qafqazda insanların sülh şəraitində yaşayacağı vaxt bu münaqişə öz həllini tapacaq. ”Guya bu adam o qədər sadəlövhdür ki, erməni yaşayan bölgədə heç vaxt sülhün olmayacağını bilmir. Deməli Qarabağ munaqişəsi heç vaxt həll olunmayacaq?
Başqa bir açıqlamasında isə cənab Fasye bildirir ki, ölkəsinin başı avronun gələcəyinin necə olacağına qarışdığından Fransanın Qarabağ münaqişəsi ilə maraqlanmağa hələki vaxtı yoxdur. Heç dəxli var? Bu yerdə bir məsəlin yeri var. Bu məsəl də adətim üzrə milli olacaq. ”Özünə umac ova bilmir, gəlib bizə əriştə kəsmək istəyir. ”Məni qınamyın adları dilimə yatmayan dahi mütəfəkkirlərdən, filosoflardan sitatlar gətirə bilmirəm. Hər halda əziz oxucu bu qüsuruma göz yumar. Axı onlardan heç xəbərim də yoxdur. Nəysə, kələfin ucunu buraxmayim.

Olkəmizdə Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı müxtəlif fikirlər suallar yaranıb.

-İndi neyləyək? İki ayağımızı bir başmağa dirəyib, Fransani qovmaq istəsək dünya coğrafiyasında kiçik bir dövlət kimi uduzan tərəf olmariq ki?

-Birdən riyakar və ikiüzlü siyasət sabah Fransa ilə Türkiyəni barişdırarsa biz özümüzü güdaza vermiş olmariqmi?

-Bəs bu məsələdə qazancimiz nə ola bilər?

Bir sözlə bu məsələ lap - biğ saqqal məsələsinə dönüb. Bu məsələdə böyük-kiçik prinsipi var. Belə ki, böyük dövlətlərə nisbətən, kiçik dövlətlərə bu seçim çox çətin olur. Bu məsələdə itiriləcək olanlar böyüklərə kiçik göründüyü halda, kiçiklərə daha təsirli ola bilər. Vaxtı ilə böyük olduğumuz dövrlər olsaydı, şübhəsiz ki, Fransanın bizə etdikləri qarşılığında bu ölkəni gözümüzü qırpmadan xarici siyasətimizdən silib atardıq. Amma şımalımızı etibarsız ruslar, cənubumuzu nüvəli mollalar, qərbimizi isə təbiətin səhvi olan ermənilər zəbt etdiyindən bu gün kiçiklər siyahısındayıq və elə bu səbəbdən də ehtiyyatlı davranmağa məcburuq. Dağlıq Qarabağı geri almaq istəyiriksə bütün gücümüzü səfərbər edib Fransaya Minsk qrupunda qalib gəlməliyik ki, Qarabağa gedən yolumuz açılsın.

Maraqlısı isə budur ki, vaxtı ilə Türkiyə də öz adını həmsədr ölkələr sırasında görmək istəyini dilə gətirsə də, Türkiyənin bu istəyi Azərbaycana yaxınlığı nöqteyi nəzərindən rədd edilmişdir. Əcaba bu üç həmsədrlər bizə nisbətdə Ermənistana bir neçə köynək yaxın deyillərmi? Vəyaxud ermənilər bu dövlətlərin” küçük kardeşleri” deyillermi?
Elə bu səbəbdəndir ki, yarandığı gündən üzərinə götürdüyü missiyanı nə qədər cək-çevir eləsən də ortalığa bir nəticə çıxartmaq mümkün deyil. Yalnız bu tayda Azəri kababını yeyib, o tayda üstündən erməni konyakı içməkdən başqa.


Ümumi nəticəyə gəlmək olar ki, ATƏT in Minsk qrupu erməniləşmiş bir üçlükdür və təbii ki bu üçlükdən bizə heç vaxt xeyir gəlməyəcək. Buna görə də biz yalnız Fransadan deyil, umumilikdə ATƏT-in Mins qrupundan imtina etsək daha səmərəli olar.
Bu tələbimizi əsaslandıra biləcık kifayət qədər faktlarımız da var. Bu qurupdan imtina etsək qardaş Türkiyənin maraqlari ilə bərabər öz maraqlarımızı da həyata keşirmiş oluruq. Amma görəsən bu şansı bizə verən varmı?
Bəli düz anladiniz. Məhz verən. Axı biz hələ ki kimdənsə nəsə almaq gücünə sahib ola bilməmişik. Amma çalışaq yaxamızı ATƏT in Mins qrupunun əlindən alaq.
Bu xəbər oxucular tərəfindən 1322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed