Şrift:
İranın cüdo üzrə keçmiş çempionu Suriyada gedən döyüşlərdə öldürülüb
12.12.2015 [01:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın cüdo üzrə keçmiş çempionu Mustafa Şeyxülislami Suriyada gedən döyüşlərdə öldürülüb. O, Suriyadakı olaylarda həyatını itirən ilk iranlı idmançıdır.
Bəşər Əsəd rejiminə dəstək vermək üçün “Sepah” qüvvələri tərkibində Suriyaya göndərilmiş Mustafa Şeyxülislami bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD qüvvələri tərəfindən öldürülüb.

Meyiti ölkəyə gətirilmiş idmançı dekabrın 10-da İranın Mazandaran əyalətinin Çalus şəhərində dəfn ediləcək.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed