Şrift:
Suriyada “Sepah”ın daha 9 üzvü həlak olub
12.12.2015 [01:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepash) daha 9 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb.
“Sepah”çılar Məhərrəməli Muradxani, Ruhullah Səhrai, Mustafa Şüyxülislam, Əbdülrəhim Firuzabadi, axund Seyid Əsğər Fatimi Təbar, Ehsan Fəthinejad, Səttar Məhmudi, Həbib Ruhi Çukami və Seyid Muctaba Əbülqasimi bir neçə gün əvvəl Suriyanın Hələb şəhərində İŞİD-çilər tərəfindən öldürülüb. Onların Suriyaya nə vaxt göndərildiyi haqda məlumat yoxdur. Meyitləri ölkəyə gətirilən “Sepah”çılar İranın Neka, Çalus, Noşəhr, Behbəhan və Əhvaz şəhərlərində dəfn edilib.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.

Suriyada “Sepah”ın daha 9 üzvü həlak olub
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed