Şrift:
İranda ETTELAAT məmurları azərbaycanlı fəalın evinə hücum çəkib
12.12.2015 [02:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli hüquqları uğrunda dinc mübarizə aparan gənc fəal Siyamək Seyfinin atası evinə hücum edilib.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr şöbəsinin əməkdaşları son günlərdə fəalı tutmaq üçün onun yaşadığı atası evinə hücum çəkiblər. Lakin fəal evdə olmadığına görə, onun valideynləri təhdid və təhqir edilib. Evdə yoxlama aparan 5-ə yaxın ETTELAAT əməkdaşı sonuncu dəfə dekabrın 9-u sübh saat 7-də yenidən evə basqın ediblər. Lakin fəal yenə də evdə olmayıb.

ETTELAAT məmurlarından birisi azərbaycanlı fəalın atasını təhdid edərək ona bunları deyib: “Oğlunuzu təhvil verin, yoxsa çox peşman olacaqsınız”. Edilən bu təhdid, gənc fəalın valideynlərinin və digər yaxınlarının ciddi narahatlığına səbəb olub. İran təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın valideynlərini təhqir və təhdid etdikdən sonra evi tərk ediblər. Onlar bildiriblər ki, fəal özünü təslim etməsə, yenə evə gələcəklər.

Qeyd edək ki, son bir ayda Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları keçiriləndən sonra dinc milli-mədəni fəallara qarşı təzyiqlər artıb.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed