Şrift:
Yunis Ağayan məhbus həyatının 12-ci ilində
16.12.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı məhbus Yunis Ağayan həbs müddətinin 12-ci ilində hələ də Mahabad zindanında müxtəlif cinayətlərdə günahlandırılan şəxslərlə eyni bölümdə həbsdə saxlanılır. O zindan qanunlarına görə siyasi vəya əqidə məhbusları ilə bir bölümdə saxlanılmalıdır.
Y.Ağayan 2004-cü ildə polis qüvvələri ilə bir qrup Əhli-haqq təriqətinə mənsub şəxslərin arasında baş verən silahlı qarşıdurmada tutulub. O məhbuslar üçün nəzərdə tutulan məzuniyyət (murəxəsi) hüququndan da məhrum edilib.

Y.Ağayan yaxalandıqdan sonra İnqilab Məhkəməsi tərəfindən “müharib” ittihamı ilə 5 il həbs və edam cəzasına məhkum edilib. Məhbusun barəsində çıxarılan hökm sonralar ömürlük həbs qərarı ilə əvəz edilib.
Bu xəbər oxucular tərəfindən 633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed