Şrift:
Siyamək Seyfidən yeni xəbər
18.12.2015 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi bir neçə saatlıq ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb və və sonra geri qaytarılıb.
O dekabrın 16-da (azərin 25-də) yerli vaxtla saat 13 radələrində Meşginşəhr (Xiyav) zindanından ETTELAAT idarəsinə aparılıb və 3 saat sorğu-suala tutulduqdan sonra həbsxanaya geri qaytarılıb.

Ailəsi, fəalın istintaq zamanı işgəncəyə məruz qaldığına görə onun vəziyyətindən narahatdır. Bəzi mənbələr isə Şəriəti adlı bir təhlükəsizlik məmurunun Azərbaycanlı fəala qarşı qeyri-insani və zorakı davranışlar göstərdiyini bildirir. Şəriəti bundan öncə Meşginşəhrin Polis İdarəsində Siyamək Seyfini “sizin qanınızı içərəm!” kimi cümlələrlə hədələyib.

Qeyd edək ki, adını çəkdiyimiz fəal dekabrın 10-da (azərin 19-da) Meşginşəhrdə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onun tutulmasının fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarının son dalğası ilə əlaqədar olduğu ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed