Şrift:
Təbrizdə azərbaycanlı fəal Calal Salehpurun məhkəməsi keçirilib
21.12.2015 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 28-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal, fəaliyyətinə qadağa qoyulmuş “Qaya” rəqs qrupunun rəhbəri Calal Salehpurun məhkəməsi keçirilib.
Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsində keçirilən məhkəmə iclasında dinc fəal, İran İslam Respublikasına qarşı təbliğat aparmaqda günahlandırılsa da, ona hökmün yaxın günlərdə elan ediləcəyi bildirilib. Azərbaycanlı fəal ona qarşı irəli sürülən ittihamı əsassız sayaraq rədd edib.

Xatırladaq ki, İran təhlükəsizlik qüvvələri bu ilin sentyabr ayında (şəhrivərin 14-də) Təbrizdə fəaliyyət göstərən və Azərbaycan milli rəqslərinin təlimi və təbliği ilə məşğul olan “Qaya” rəqs qrupunun fəaliyyətinə mane olublar. Həmin vaxt qrupun rəhbəri Calal Salehpur polis idarəsinin ETTELAAT bölməsinə çağırılmış və bir neçə saat dindirildikdən sonra azadlığa buraxılmışdı.

Hadisədən bir həftə sonra, (şəhrivərin 22-də) fəal yenidən polisin ETTELAAT bölməsinə çağırılaraq həbs edilsə də, sonradan 20 milyon tümənlik mülk girovu qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı. Qeyd edək ki, Calal Salehpur milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub və bir müddət həbsdə saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed