Şrift:
Şərqi Azərbaycanda narkotika 69 nəfərin ölümünə səbəb olub
22.12.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda narkotik maddələrə aludəçilərin sayı artdıqca bu bəladan ölənlərin sayı da yüksələn xətt üzrə inkişaf edir.
Məlumata görə, ictimai bəlaya çevrilən narkotik maddələri Şərqi Azərbaycan vilayətində 69 nəfərin ölümünə səbəb olub. Bu barədə danışan Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, cari ilin birinci 8 ayında 69 nəfər narkotik maddələrinin qurbanı olub.

Bəhram Səmədiradın sözlərinə görə, “ölən 69 nəfərdən 3-ü qadın, 66-ı isə kişi olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalma göstərir.”

B.Səmədirad əlavə edib ki, ötən il Şərqi Azərbaycanda 4-ü qadın olmaqla 102 nəfər narkotik maddələrinin qurbanı olub.

Qeyd edək ki, İran İslam Cümhuriyyətində son illər narkotik aludəçilərinin sayı durmadan artır. Ekspertlər bunu ümumi və fərdi azadlıqların olmaması və iqtisadi vəziyyətlə əlaqələndirir.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed