Şrift:
İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)
22.12.2015 [13:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İstanbul universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib.
Dekabrın 19-da (azərin 28-də) keçirilən konfransda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü xanım Məhsa Mehdili mövzu ilə bağlı çıxış edib.

GAMAC saytının yaydığı məlumata görə, Türk Dünyası Elmi-Təhqiqat Müəssisəsi tərəfindən keçirilən konfrans Türkiyənin milli marşının oxunması ilə başlayıb və tədbirin davamında Güney Azərbaycanın milli marşı da konfrans iştirakçıları tərəfindən böyük rəğbətlə oxunub.

Xanım Yeliz Yıldırım tədbirdə çıxış edən iştirakçılardan biri kimi, Güney Azərbaycan barəsində geniş məlumat verib və Azərbaycanda cari məsələlərə toxunub.

Konfransda Türkiyə universitetlərinin 15-dən çox ustadı və çoxsaylı quzey azərbaycanlı mədəni fəal aktiv şəkildə iştirak edib.

GAMAC sözçüsü M.Mehdili öz çıxışında Güney Azərbaycanda 1945-ci ildə Milli Hökumətin qurulmasından 2006-ci il may qiyamı və 2005-ci il noyabr hadisələrinə qədər baş verən önəmli hadisələrdən söz açıb. M.Mehdili həmçinin islam inqilabından sonra Güney Azərbaycanın durumu, Azərbaycan Cümhuriyyətinin istiqlalı və onun Güney Azərbaycana olan təsiri, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi, Qərbi Azərbaycanda kürd terrorizmi, Babək Qalasında azərbaycanlı milli-mədəni fəalların yığıncaq keçirməsi və Güney Azərbaycanda Milli Hərəkatın formalaşması mövzularına toxunub.

Güney Azərbaycan Konfransı Türk Dünyası Elmi-Təhqiqat Müəssisəsi tərəfindən canlı olaraq yayımlanıb.

VİDEO:



İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)

İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)

İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)

İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)

İstanbul Universitetində “Güney Azərbaycan türklüyü” mövzusunda konfrans keçirilib (foto, video)
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed