Şrift:
Qəzvində 8 nəfər edam edilib
22.12.2015 [16:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
GünAz TV: İranda bütün beynəlxalq xəbərdarlıqlara baxmayaraq edam sayıları durmadan artır.
Son məlumata görə, Qəzvin şəhərində 8 nəfər dar ağacından asılıb. Bu barədə məlumat verən Qəzvin prokuroru (dadistan) bildirib ki, edam edilən şəxslər narkotik maddələrinin qaçaqmalçılığında günahlandırılıb.

İsmail Sadiqi Niyarəkinin sözlərinə görə, məhkəmə tərəfindən edama məhkum edilən müttəhimlər qanuni prosedurdan sonra dekabrın 22-də (deyin 1-də) Qəzvinin mərkəzi zindanında dar ağacından asılıb.

Qeyd edək ki, İran və Çin edamların sayına görə dünya üzrə birinci ölkələrdir. İranda Həsən Ruhaninin prezidentliyi dövründə edamların sayı daha da artıb.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed