Şrift:
Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər
23.12.2015 [00:51] - Gündəm, Sağlıq
“Ola bilər ki, qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyulsun. Ancaq Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və hər hansı dərmanın satışı dayandırılmasın”.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, xəstəxanalar dərmanlara olan təlabatlarını ödəmək üçün ilin əvvəlində və ortasında tədarük görüblər: “Ona görə də dövlət xəstəxanalarında heç bir problem yoxdur. Xidmətlərlə bağlı da narahatlıq yoxdur, çünki dövlət xəstəxanalarında bütün xidmətlər pulsuzdur. Özəl tibb müəssisələri isə qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərirlər. Yəni onlar ixracdan asılı iş görmürlər. Yalnız gətirdikləri ləvazimatların qiymətində dəyişiklik olarsa, öz xidmət haqlarına yəqin ki, yenidən baxacaqlar”.
Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed