Şrift:
“Traxtur-İstiqlal” müsabiqəsinin son nəticəsi
23.12.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” takımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə “İstiqlal”ın xeyirinə yekunlaşdı.
İran kuboku (cam-i həzfi) yarımfinal mərhələsinin son müsabiqəsi Təbrizin səhənd stadionunda baş tutdu. Azərbaycan komandası rəqib komandaya uduzmaqla ölkə kuboku rəqabətlərindən kənarda qaldı. Müsabiqə 2:1 hesabı ilə “İstiqlal”ın xeyirinə yekunlaşdı.

“İstiqlal” tərəfindən Səccad Şəhbazzadə 29 və 52-ci dəqiqələrdə, “Traxtur” tərəfindən isə Aqusto Sezar 49-cü dəqiqədə qol vurdular.

“Traxtur” tərəfdarları isə baş məqçi Tuni Oliveranın Əmir Qələnoi ilə əvəzlənməsi və hakim Hüseyn Bərzgərə etiraz ediblər. Onlar “İran Federasyonu – Azərbaycanın düşməni” kimi şüarlar da səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed