Şrift:
Rəfsəncani Üləma Məclisi seçkilərində namizədliyini irəli sürüb
23.12.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani 2016-cı il fevralın 26-da ölkədə keçiriləcək Üləma Məclisi seçkilərində namizədliyini rəsmən irəli sürüb.
Rəfsəncani dekabrın 21-də İran Daxili İşlər Nazirliyinə gedərək qarşıdan gələn seçkiyə qatılacağnı bildirərək qeydiyyatdan keçib. O, namizədliyini irəli sürməzdən bir gün əvvəl jurnalistlərə açıqlamasında qarşıdan gələn Üləma Məclisi və parlament seçkilərinin tam şəffaf və ədalətli keçirilməsinin vacibliyini bildirib. Rəfsəncani deyib ki, əgər növbəti seçkilər sağlam bir şəraitdə keçirilməsə hakim islam hakimiyyətinə ciddi xələl gətiriləcək.

Dekabrın 21-də Daxili İşlər Nazirliyində namizədliyini qeydiyyatdan keçirən Rəfsəncani deyib ki, qarşıdan gələn hər iki seçki ölkənin səadəti uğrunda mühüm rol oynaya bilər: “Bu isə millətin verəcəyi səsindən və onun seçki vərəqələri üzərində nə yazacağından asılıdır”.

Qeyd edək ki, qarşıdan gələn Üləma Məclisi və parlament seçkilərində islahatçılarla mühafizəkar namizədlər arasında qızğın rəqabət aparılacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed