Şrift:
Rəsmi Tehran: Səudiyyə Ərəbistanı ilə “birbaşa dialoq”a hazırıq
23.12.2015 [11:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəhbərliyi Səudiyyə Ərəbistanı ilə problemləri aradan qaldırmağa çalışır. Son məlumata görə, İran Xarici İşlər Nazirliyi (XİN) dekabrın 21-də bildirib ki, regional mübahisələrin həlli naminə rəqibi Səudiyyə Ərəbistanı ilə “birbaşa dialoq”a açıqdır.
XİN-in sözçüsü Hüseyn Cabir Ənsari deyib ki, Səudiyyənin yeni səfiri tezliklə Tehrana gələcək. Əvvəlki səfir bir ildən çoxdur İrandan gedib.

Sözçü onu da deyib ki, krallıq “ikili standartlardan qaçmalı”, əməliyyatlar aparılan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir.

Qeyd edək ki, İraq və Sədiyyə Ərəbistanı Suriya, İraq və Yəmən münaqişələrində bir-birinə zidd mövqe tutublar. Onların ziddiyyəti Bəhreyndən tutmuş Livanadək (Lübnan) hiss olunur.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed