Şrift:
Mərhum Çingiz Bəxtavərin vəfatının 6-cı ildönümü mərasimi keçiriləcək
23.12.2015 [12:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə mərhum milli-mədəni fəal Çingiz Bəxtavərin 6-cı ildönümü mərasimi keçiriləcək.
Ötən illərdə olduğu kimi, bu il də mərhumun ildönümü mərasiminə çoxsaylı azərbaycanlı fəal və ictimai xadimlərin qatılacağı gözlənilir.

Mərasim dekabrın 24-ü (deyin 3-ü) yerli vaxtla saat 3:30-da Təbrizin Maralan məzarlığında başlayacaq.

6 il öncə 52 yaşında dünyasını dəyişən mərhum Ç.Bəxtavər yaşadığı zaman Azərbaycanın milli və mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs edilib. Müxtəlif təzyiqlərlə üzləşən fəal siyasi fəaliyyəti dövründə sarsılmaz bir iradə nümayiş etdirib.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed