Şrift:
Suriyada İranın 2 "xüsusi təyinatlı hərbçisi" əsir düşüb
23.12.2015 [12:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriyada 2 İran hərbçisinin əsir düşməsi barədə məlumatlar yayılıb. Əsir düşən iranlıların “Sepah” üzvü olduğu təxmin edilir.
Bölgədəki ərəb mənbələrinin dekabrın 21-də yaydığı məlumata görə, adları hələlik mediaya açıqlanmayan İran hərbçiləri Suriyanın Hələb şəhərinin cənubunda yerləşən Xantuman şəhərciyində Bəşər Əsəd rejiminə müxalif “Şam Briqadası” adlı silahlı təşkilatın qüvvələri tərəfindən əsir götürülüb. Əsir götürülən iranlı hərbçilərin hazırda harada saxlanıldığı bilinmir.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsədi və onun hökumətini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed