Şrift:
Təbrizin “Səhənd” stadionunda 2 azərbaycanlı fəal tutulub
24.12.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli hüququ uğrunda dinc mübarizə aparan fəalla Mühib Əfşar və Əziz Fərzullahi tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları hər iki fəalı dekabrın 22-də şəhərin “Səhənd” stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” takımı arasında keçirilən yarış zamanı tutub naməlum istiqamətə aparıblar. Tutulan dinc fəalların hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri “Traxtur”un rəqib komandalarla “Səhənd” stadionunda keçirdiyi hər bir görüşündə vəziyyətə nəzarəti gücləndirir, “Traxtur” tərəfdarları ilə dinc fəalları müxtəlif bəhanələrlə tutub həbsə salır.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed