Şrift:
Ruhani: “Tezliklə ölkənin iqtisadi qapılarının dünyanın üzünə açılmasının şahidi olacağıq”
24.12.2015 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 21-də Rey şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani əhali qarşısında çıxış edərək Qərblə nüvə razılaşmasının icrasından sonra ölkə iqtisadiyyatının inkişafından və qarşıdan gələn parlament və Üləma Məclisinə seçkilərdən dqanışıb.
Ruhani deyib ki, nüvə razılaşmasının icrasına yaxınlaşmaqla ölkəyə qoyulan beynəlxalq sanksiyaların ləğvinə start verilib: “Ümid edirəm ki, millət tezliklə sabitliyin və ölkənin iqtisadi qapılarının dünyanın üzünə açılmasının şahidi olacaq. Bir sözlə biz, 2016-cı ilin yanvarında dünya fövqəldövlətlərinin İran İslam Respublikası qarşısında məğlubiyyətə uğramasının və ölkəyə qoyulan embarqoların aradan qaldırılmasının şahidi olacağıq. Yanvar ayında nüvə razılaşmasının icrasına başlanmasından sonra, həm də İran millətinə qarşı qəbul edilən 18 ədalətsiz qətnamə həmişəlik ləğv ediləcək”.

Ruhani, 2016-cı ilin fevral ayında ölkədə keçiriləcək parlament və Üləma Məclisinə seçkilərdən danışaraq əhalini daha fəal şəkildə seçkilərə qatılmağa çağırıb: “İran milləti qarşıdan gələn seçkilərdə bir daha siyasi qəhrəmanlıq yaradaraq ona imza atacaq. Bu günlədə ölkədə seçki əhval-ruhiyyəsi yaşanır və səlahiyyət sahibi olan insanlar hər iki seçkidə namizdliklərini irəli sürürlər. Ümid edirik ki, bu ab-hava seçkilər zamanı bir daha təkrar olunacaq və biz əhalinin fəal şəkildə seçkilərə qatılmasının şahidi olacağıq”.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed